Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev tezliklə oktaqona çıxacaq.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, yüngül çəkidə mübarizə aparan idmançımız döyüşlər üçün darıxdığını açıqlayıb.
O, bunu sosial şəbəkə paylaşımında bildirib: "Dünyadakı ən yaxşı iş üçün çox darıxıram. Ümid edirəm ki, tezliklə Avropada qan axıda biləcəm".
Qeyd edək ki, Fiziyev sonuncu dəfə 2023-cü ilin sentyabrında oktaqona çıxıb. O, polşalı Mateuş Qamrotla qarşılaşmada uduzub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun