İdman

Tanınmış idmançı faciəvi şəkildə öldü

5 İyun 2024 11:19
Baxış: 4 782
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yarım ağır çəkidə boks çempionu Endi Tam motosiklet qəzasında vəfat edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, 28 yaşlı idmançı sonuncu dəfə mayın 17-də döyüşüb. 10 raundluq döyüşdə Corc Stüarta uduzub.

Cəmi 13 gün sonra, mayın 30-da şotlandiyalı boksçu motosiklet sürərkən, doğulduğu Kambernauld şəhərində avtomobil ilə toqquşub. O, ağır xəsarətlərlə Qlazqodakı Kraliça Elizabeth Universitetinin xəstəxanasına aparılıb. Bazar günü orada vəfat edib.

Polis qəzanın baş vermə şəraitini araşdırmağa davam edir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.