İdman

“Qarabağ”ın prezidenti mükafatlandırmada iştirak etməyəcək

25 May 2024 11:47
Baxış: 713
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sabah Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünə yekun vurulacaq.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, XXXVI turun "Araz-Naxçıvan" - "Qarabağ" oyunundan sonra Ağdam klubuna qızıl medallar və çempionluq kuboku təqdim ediləcək.

Çempionun prezidenti Tahir Gözəl "Azersun Arena"da keçiriləcək tədbirdə iştirak etməyəcək. İş adamı ölkə xaricində təşkil olunan vacib tədbirə qatıldığı üçün çempionatın son matçında komandasının yanında olmayacaq.

Qeyd edək ki, "Qarabağ" tarixində 11-ci çempionluğu XXX turda təmin edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.