İdman

Fatih Terim qəzəbindən dəliyə döndü: Əliyar Ağayev... - VİDEO

29 Aprel 2024 07:04
Baxış: 5 504
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəli məşhur futbol mütəxəsisi Fatih Terimin komandası "Panatinaikos" doğma meydanda "Aris"ə 1:0 hesabı ilə məğlub olaraq çempionluq yolunda böyük zərbə alıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, məğlubiyyətə qəzəblənən Terim mobil telefonunu yerə çırpıb.

Təcrübəli çalışdırıcı matçdan sonra azarkeşlər tərəfindən də fitə basıb.

Qeyd edək ki, oyunu Azərbaycanın FIFA referisi Əliyar Ağayev idarə edib.

Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər. VAR-da Kamal Umudlu, onun köməkçisi isə Andreas Fotopoulos olub. Dördüncü hakim funksiyasını Fotis Polironis yerinə yetirib.

Ə.Ağayev oyun ərzində ümumilikdə 11 futbolçuya sarı vərəqə göstərib. Vərəqələrdən 5-i meydan sahiblərinin, 6-sı isə qonaqların payına düşüb.

Həmin anın videogörüntülərini təqdim edirik:

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.