İdman

“Musa ayrılmaq istədiyini bizə deməyib”

22 Aprel 2024 09:55
Baxış: 555
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsveçin "Yurqorden" klubunun idman direktoru Bosse Andersson Azərbaycan millisinin futbolçusu Musa Qurbanlının hazırkı durumundan danışıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, 22 yaşlı hücumçunun "Qarabağ"a dönəcəyi ilə bağlı yayılan məlumatın yanlış olduğunu bildirib.

İsveçli mütəxəssis forvardla bağlı belə bir planlarının olmadığını deyib: "Hazırda "transfer pəncərəsi" bağlıdır. Belə bir müzakirəmiz yoxdur, amma Azərbaycanda onu izləyən çoxlu media var. Musa ayrılmaq istədiyini bizə deməyib. Onunla yaxşı dialoqumuz var. Təbii ki, bir futbolçu kimi oynamasa, məyus olur. Musa da matçlarda iştirak etmədiyi üçün məyusdur".

Qeyd edək ki, Musa Qurbanlının İsveç klubu ilə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.