MMA üzrə məşhur gürcü döyüşçüsü Merab Dvalişvili sosial şəbəkələrdə qarşıdan gələn UFC 300 turniri ilə bağlı zarafatyana yeni paylaşım edib.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, Merab yubiley yarışı necə izləməyi planlaşdırdığını nümayiş etdirib. Dvalişvili iki qızın əhatəsində divanda noutbukla oturduğu fotoya "Mən UFC 300-ə necə baxacağam" sözlərini yazıb.
Qeyd edək ki, UFC-300 aprelin 13-dən 14-nə keçən gecə Las-Veqasda (Nevada, ABŞ) keçiriləcək.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun