İdman

Ançelotti Çempionlar Liqasının tarixinə düşdü

10 Aprel 2024 14:32
Baxış: 780
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyanın "Real" klubunun baş məşqçisi Karlo Ançelotti UEFA Çempionlar Liqasının (ÇL) tarixinə düşüb.

Milli.Az report-a istinadən xəbər verir ki, italiyalı baş məşqçi kimi turnirdə 200 oyun keçirən ilk mütəxəssis olub.

Yubiley qarşılaşması 1/4 final mərhələsində İngiltərə təmsilçisi "Mançester Siti" ilə ev oyununa (3:3) təsadüf edib. Bu göstərici üzrə ikinci yeri 190 matçla "Mançester Yunayted"in (İngiltərə) sabiq çalışdırıcısı Aleks Ferqyuson tutur. Ölkənin digər komandası "Arsenal"ın əfsanəvi baş məşqçisi Arsen Vengerin isə hesabında 178 matç var.

Qeyd edək ki, Karlo Ançelotti iki dəfə İtaliya "Milan"ı ilə, iki dəfə isə "Real"la Çempionlar Liqasının qalibi olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.