İdman

"Qarabağ"ın futbolçuları pul mükafatı aldı - Hər oyunçuya...

27 Fevral 2024 15:50
Baxış: 1 456
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ" ötən həftə tarixinin ən böyük uğurunu əldə edib. Ağdam təmsilçisi Avropa Liqasında pley-off səddini aşıb.

Burada "Braqa" ilə üz-üzə gələn "köhlən atlılar" Bakıda 2:3 hesabıyla uduzsa da, Portuqaliyada əldə etdiyi nəticəyə (4:2) görə 1/8 final mərhələsinə vəsiqə qazanıb.

Milli.Az  "sportinfo.az"a istinadən xəbər verir ki, şanlı zəfər klub rəhbərliyi tərəfindən qiymətləndirilib.

Əsas heyətdə meydana çıxan hər bir futbolçuya 50 min manat mükafat ödənilib.

Oyuna sonradan daxil olanlar bu məbləğin 75 faizini alıb. Ehtiyatda qalanlara 25 min manat verilib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.