İdman

“Bayer”in qapıçısı: “Ən azı bir titul qazanmalıyıq”

26 Fevral 2024 13:43
Baxış: 541
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Əgər bir oyunda uduzsaq və məğlubiyyətsizlik seriyamız qırılsa, bu, bizi qorxutmayacaq".

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bunu "Bayer"in qapıçısı Lukaş Qradetski deyib.

Avropa Liqasının 1/8 final mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olan Almaniya klubunun qolkiperi məğlubiyyətsiz irəlilədikləri 2023/24 mövsümü barədə fikirlərini bildirib. O, mövsümü avrokubokun Dublindəki finalı ilə yekunlaşdırmaq istədiklərini bildirib: "Əgər oyunumuzda eniş yaşansa, deməli biz əvvəlki kimi yaxşı oynamırıq. Bu, bizim üçün üzüntü olardı. Amma biz mövsümü mümkün qədər yaxşı səviyyədə keçirmək istəyirik. Əlbəttə, Bundesliqa, Almaniya kuboku və Avropa Liqasında mübarizəni davam etdiririk və ən azı bir titul qazanmalıyıq".

Qeyd edək ki, "Bayer" cari mövsümdə Bundesliqada 23, kubokda 4, Avropa Liqasında 6 matç keçirib və 33 oyunda 29 qələbə qazanıb, 4 heç-heçə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.