İdman

“Fərnərbağça” “Qarabağ”ın bombardiri üçün Bakıya skaut göndərdi

24 Fevral 2024 13:33
Baxış: 647
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ"ın futbolçusu Olavio Juninyo "Fənərbağça"nın maraq dairəsinə düşüb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Türkiyə klubu hücum xəttini Azərbaycan Premyer Liqasının bombardiri ilə gücləndirməyi planlaşdırır.

İstanbul təmsilçisinin skautları artıq Bakıya səfər də ediblər. Klubun nümayəndələri Avropa Liqasının pley-off mərhələsinin "Braqa" ilə cavab görüşündə (2:3) 27 yaşlı braziliyalını canlı izləyiblər.

Qeyd edək ki, Juninyo Premyer Liqada 15 qola imza atıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.