İspaniyanın "Atletiko" klubunda çıxış edən Türkiyə millisinin üzvü Çağlar Söyüncü "Fənərbağça" ilə müqavilə imzalamaq üçün İstanbula gəlib.
Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, təcrübəli müdafiəçi hava limanında jurnalistlərin suallarını cavablandırıb.
O, yeni komandasının çempion olacağına inandığını bildirib: "Türkiyə xalqı hər zaman arxamda dayandı, mənə dəstək oldu. Burada hər kəslə münasibətlərimiz yaxşıdır. Ümid edirəm ki, bu yolun sonunda çempionluq var".
Qeyd edək ki, Çağlar Söyüncü "Fənərbaxça"da icarə əsasında çıxış edəcək.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun