İdman

Səudiyyə Ərəbistanı şahzadəsi Mbappe ilə maraqlanır

26 Yanvar 2024 07:42
Baxış: 873
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Səudiyyə Ərəbistanının Kral ailəsinin üzvü, şahzadə Abdullah Saad Əbdüləziz Əl Səud PSJ-nin hücumçusu Kilian Mbappenin liqaya mümkün transferindən danışıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "Report" "RMC Sport" məlumat yayıb.

"Əlbəttə ki, onu bəyənirik. Kilian Mbappe yaxşı oyunçudur, güclüdür və ümid edirəm ki, onu Səudiyyə Ərəbistanında, çempionatımızda istənilən komandada görəcəyəm", - o deyib.

Xatırladaq ki, daha əvvəl Mbappenin yay transfer pəncərəsində PSJ-dən ayrılaraq karyerasını "Real Madrid"də davam etdirə biləcəyi barədə xəbərlər yayılıb.

Mbappe 2018-ci ildən PSJ-də çıxış edir. Futbolçunun klubla müqaviləsi 2024-cü ilin sonuna qədərdir. Hazırda futbolçunun transfer dəyəri 180 milyon avro qiymətləndirilir. Mbappe bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 26 oyun keçirib, 28 qol vurub və 6 məhsuldar ötürmə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.