İdman

MMA döyüşçüsü 10-cu mərtəbədən yıxıldı: vəziyyəti ağırdır

25 Yanvar 2024 09:50
Baxış: 1 623
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada pop-MMA döyüşçüsü Maqomed Zaynalov ("Venom") pişiyi xilas etmək istəyərkən, çoxmərtəbəli binanın 10-cu mərtəbəsindən yıxılıb və hazırda reanimasiyadadır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə onun rəqibi qarışıq üslublu döyüşçü Eduard Kuzminov bildirib.

"Bu səhər üzücü xəbər aldım. Maqomed Zaynalov 10-cu mərtəbədən yıxılıb və hazırda reanimasiyadadır. Fevralın 2-də döyüşümüz olmalı idi. Dua edirdim ki, bu döyüşdə qalib gəlim. İndi başa düşürəm ki, bütün bu döyüşlər qalsın bir kənarda, mən Venom üçün dua etmək istəyirəm. Hər şeyin yaxşı olmasını, onun sağalmağını istəyirəm. Sizdən xahiş edirəm, hamımız onun üçün dua edək. Həyatda hər şey olur. Həyat çox tez keçib gedir. Allah eləsin, Venom üçün hər şey yaxşı olsun", - Kuzminov "Telegram" kanalında yazıb.

Qeyd edək ki, Maqomed Zaynalovun 24 yaşı var. Onun qarışıq döyüş növləri üzrə dörd qələbəsi, 10 məğlubiyyəti və bir heç-heçəsi var.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.