İdman

PSJ Mbappenin Olimpiya Oyunlarında iştirakına zəmanət verir

24 Yanvar 2024 18:54
Baxış: 761
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

PSJ komandasının hücumçusu Kilian Mbappeyə Olimpiya Oyunlarında və Avro 2024-də iştirak etmək üçün şərait yardacağına zəmanət verib. Bu, hücumçu üçün gələcəyini təyin etməkdən ötrü həlledici amil ola bilər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Mbappeyə bu cür zəmanətlər yalnız PSJ-dən gəlib. Xatırladaq ki, əvvəllər Kilianın "Real Madrid"lə heç bir formada (istər yazılı, istər şifahi) razılığa gəlmədiyi bildirilirdi. Üstəlik, Kilian 15 gündən artıqdır ki, "Kral klubu"nun nümayəndələri ilə kontaktda olmayıb.

Qeyd edək ki, Kilian Mbappe 2018-ci ildən PSJ-də oynayır. Onun parislilərlə müqaviləsi 2024-cü ilin yayında başa çatır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.