İdman

"İnter"in sabiq üzvü Azərbaycanda oynamaqdan imtina etdi

18 Yanvar 2024 19:57
Baxış: 649
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Joze Turbo karyerasını Azərbaycanda davam etdirə bilərmiş.

Milli.Az Offsideplus.az-a istinadən xəbər verir ki,  Qvineya-Bisau millisinin üzvü ilə "Səbail" yaxından maraqlanıb. 

Paytaxt təmsilçisi 27 yaşlı hücumçunu "Nijniy Novqorod"dan icarəyə götürmək istəyib. Lakin bu transfer baş tutmayıb. Forvard sabiq komandası "Əl-Marxiya" ilə razılıq əldə edib. 

Qətər təmsilçisi afrikalıya ilinə 400 min dollar maaş təklif edib. Keçidin baş tutmasında bu məsələ əsas rol oynayıb. Hazırda Afrika Millətlər Kubokunda çıxış edən oyunçu turnir başa çatdıqdan sonra yeni komandası ilə müqavilə bağlayacaq. 

Maraq üçün bildirək ki, Joze Turbo Rusiya klubunda illik 250 min dollar qazanırmış. "Səbail" isə forvarda aylıq 15 min dollar maaş təklif edib. 

Qeyd edək ki, hücumçu karyerası ərzində "Real SC", "Sportinq", "İnter", "Tondela", "Marbelya", "Kataniya", "Olyanense", "Nyuzzls Old Boyz", "Nasional", "Şaffhauzen", "Qrasshopper", "Nantun" kimi klublarda çıxış edib. 

Maraq üçün bildirək ki, hücumçu 17 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə edib. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.