İdman

Xavi Ernandes: “İlkay Gündoğan göydən düşüb”

7 Yanvar 2024 22:05
Baxış: 617
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona" futbol klubunun baş məşqçisi Xavi Ernandes Kataloniya klubunun yarımmüdafiəçisi İlkay Gündoğanın ustalıq səviyyəsini yüksək qiymətləndirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Xavi qeyd edib ki, 32 yaşlı futbolçu "Barselona"ya ancaq fayda gətirir.

"Son matçda çətin vəziyyətdə olduğumuz zaman ("Las Palmas" ilə La Liqanın sonuncu matçında Gündoğan 90+3-cü dəqiqədə "Barselona"nın qələbə qolunu (1:2) vurmuşdu - red.) o, vəziyyəti dəyişdi. İlkay komandada öz individuallığını nümayiş etdirir. Bu ona həmişə müsbət təsir göstərir. O bizim üçün göydən enib. Çoxları tənqid etməyi xoşlayırlar, amma onun göstəriciləri çox yaxşıdır", - deyə Xavi vurğulayıb.

Məlumat üçün əlavə edək ki, İlkay Gündoğanın "Barselona" ilə hazırkı müqaviləsi 2025-ci ilə qədərdir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.