İdman

Braziliyalı əfsanəvi futbolçu klub prezidenti oldu

7 Yanvar 2024 21:08
Baxış: 467
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Braziliya yığmasının sabiq futbolçusu Romario ölkəsinin "Amerika" klubunun prezidenti olub.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Rio-de-Janeyro təmsilçisinin rəsmi saytı məlumat yayıb.

"Amerika" Braziliyanın ən köklü klublarından biridir. Komanda hazırda Rio-de-Janeyro əyalətinin Ali Liqasında - Karioka çempionatında mübarizə aparır.

Qeyd edək ki, Romario 1994-cü ildə Braziliya yığması ilə dünya çempionu olub. Əfsanəvi forvard karyerasında İspaniyanın "Barselona" və Niderlandın PSV klublarının da formasını geyinib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.