İdman

Şumaxer və Alonso “Formula 1” tarixinin ən nüfuzlu pilotları seçildilər

1 Yanvar 2024 17:28
Baxış: 507
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mixael Şumaxer və Fernando Alonso "Formula 1" tarixinin ən nüfuzlu pilotları seçiliblər.

Milli.Az "report"a istinadən bildirir ki, araşdırma "Formula 1 dünyasında ən nüfuzlu beş fiqur" adı altında aparılıb.

Sürücülərlə yanaşı, trekdən kənarda F1 tarixinə təsir etmiş personajlar da "beşliy"ə düşüblər. Şumaxer və Alonsodan başqa, "Formula 1"in sabiq rəhbəri Berni Ekklstoun, "Benetton" və "Renault"nun keçmiş rəhbəri Flavio Briatore və 1985-1993-cü illərdə Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti olmuş Jan-Mari Balestrin də siyahıda var.

Fernando Alonso saf sürəti, parlaq şəxsiyyəti, 2007-ci ildə "McLaren"in heyətində Lyuis Hemiltonla rəqabəti, Mixael Şumaxer isə 7 titul qazanması, mübahisəli 1994-cü il mövsümü, "Ferrari"dəki üstünlüyü, detallara və fiziki hazırlığa diqqəti ilə digərlərindən fərqləndirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.