İdman

Mutu Azərbaycana QAYITMAYACAQ

23 Dekabr 2023 18:10
Baxış: 798
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Neftçi"nin baş məşqçisi Adrian Mutu bu il Azərbaycana qayıtmayacaq.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, anasının vəfatına görə Rumıniyaya yollanan Mutunun Bakıya gələn il qayıdacağı ehtimal olunur.

Buna görə də, "Neftçi"ni Premyer Liqanın 18-ci turunun "Kəpəz"lə görüşünə də Alin-Nikolae Çita çıxaracaq.

Bu məşqçi "Qaradağ-Lökbatan"la görüşdə də Mutunu əvəzləyib. Mutu Bakıya yalnız ilin əvvəlində "Neftçi"nin qış toplanışı üçün qayıdacaq.

Qeyd edək ki, "Neftçi" - "Kəpəz" matçı dekabrın 24-ü, 16:00-da "Neftçi Arena"da keçiriləcək və CBC Sport kanalı vasitəsiylə canlı yayımlanacaq.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.