İdman

Avtobus qəzaya uğradı, məşqçi və qapıçı öldü

22 Dekabr 2023 12:21
Baxış: 700
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əlcəzairin "El Bayad" klubunun avtobusu qəzaya uğrayıb. 

Milli.Az fanat.az-a istinadən məlumatına görə, nəqliyyat vasitəsi komanda yüksək liqanın XI turunda "Kabilia" ilə səfər oyununa yollanarkən aşıb.

Hadisə nəticəsində 2 nəfər ölüb, 10 nəfər isə yaralanıb. Dünyasını dəyişənlər köməkçi məşqçi Xalid Meftah və 27 yaşlı qapıçı Zakaria Buuzianidir.  

Baş vermiş faciə ilə əlaqədar ölkədaxili bütün liqalarda həftəsonu keçirilməli olan turlar və dekabrın 26-na planlaşdırılan Əlcəzair Kubokunun püşkatma mərasimi təxirə salınıb.  

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.