İdman

“Ocaq Sport” klubu 10 il ərzində böyük uğurlara imza atıb - Vəfa Bəkarova

9 Dekabr 2023 22:34
Baxış: 1 541
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ocaq Sport" klubu 10 il ərzində böyük uğurlara imza atıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə jurnalistlərə "Ocaq Sport" klubunun İdarə Heyətinin sədri vəzifəsini icra edən Vəfa Bəkarova məlumat verib.

"Bu il "Ocaq Sport" klubu üçün çox əlamətdardır, biz klubun 10 illiyini qeyd edirik. Bu illər ərzində klub böyük nailiyyətlər əldə edib, Azərbaycan milli komandasının tərkibində tələbələrimiz mötəbər yarışlarda iştirak ediblər. Bu yarışlarda onlar qaliblər və mükafatçılar sırasında idilər. İnanırıq ki, qarşıdakı illərdə bizi çoxlu uğur və qələbələr gözləyir!" - V.Bəkarova vurğuladı.

Qeyd edək ki, dekabrın 9-da Bakıda Milli Gimnastika Arenasında "Ocaq Sport" klubunun 10 illik yubileyi münasibətilə "Ocağın alovları" adlı heyrətamiz gimnastika Qala şousu keçirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.