İdman

"Qarabağ"ın futbolçusuna 3 milyonluq təklif

8 Dekabr 2023 17:13
Baxış: 8 400
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ"ın  Avropa Liqasında uğurlu çıxışı komandanın üzvlərinin diqqət mərkəzinə düşməsinə səbəb olub. 

Milli.Az offsideplus.az-a istinadən xəbər verir ki, "köhlən atlar"ın heyətində özünü yaxşı tərəfdən göstərənlərdən biri də Julio Romaodur. Braziliyalı yarımmüdafiəçi Rusiya və Səudiyyə Ərəbistanı klubları yaxından maraqlanır. Qış fasiləsində oyunçu üçün "Qarabağ"a rəsmi təkliflər gələcək. 

25 yaşlı yarımmüdafiəçi ilə bağlı redaksiyamıza maraqlı informasiya daxil olub. Səudiyyə Ərəbistanı Pro Liqasında çıxış edən klublardan biri Julio Romao üçün 3 milyon dolları gözdən çıxarıb. Adı açıqlanmayan kollektiv yaxın zamanda "Qarabağ"la braziliyalı ilə bağlı danışıqlara başlayacaq. 

Qeyd edək ki, Romao "Qarabağ"ın heyətində bu mövsüm 25 matçda 1 məhsuldar ötürmə edib.  

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.