İdman

“Qalatasaray” 115 milyonluq hücumçunu alır - Razılıq əldə edildi

30 Noyabr 2023 16:31
Baxış: 972
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hücum xəttinə iddialı hücumçular transfer etmək istəyən "Qalatasaray" klubu Memfis Depayla yanaşı daha bir ulduz futbolçu ilə danışıqlar aparır.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, "Qalatasaray" Braziliyanın "Atletiko Mineyro" komandasında çıxış edən Hulku transfer etmək üçün hərəkətə keçib.

"A Spor"un xəbərinə görə, daha əvvəl də adı dəfələrlə türk komandaları ilə hallanan ulduz futbolçunun bu dəfə Türkiyəyə transfer olmağa razılıq verdiyi iddia edilib. "Qalatasaray"ın futbolçunu 1,5-2 milyon avro civarında transfer haqqı ilə heyətinə qatacağı deyilir.

Bildirilir ki, hazırki transfer dəyəri 2 milyon avro olan 37 yaşlı Hulk üçün indiyədək ümumilikdə 115 milyon avro transfer haqqı ödənilib. Futbolçu karyerası ərzində 743 matçda meydana çıxan hücumçu bu matçlarda 398 qol vurub, 211 məhsuldar ötürmə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.