İdman

La Liqa klubunda baş məşqçi dəyişikliyi

29 Noyabr 2023 16:04
Baxış: 472
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyanın "Qranada" komandasında baş məşqçi dəyişikliyi qeydə alınıb.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, La Liqa klubu Pako Lopesi istefaya göndərib.

Buna komandanın uğursuz çıxışı səbəb olub. Lopes 2022-ci ilin noyabrından "Qranada"ya rəhbərlik edirdi.

Artıq "Qranada"nın yeni baş məşqçisi də məlumdur. Komandanı bundan sonra Aleksandr Medina çalışdıracaq. 45 yaşlı uruqvaylı ilə müqavilə 2024-cü ilin yayına kimidir.

"Qranada" bu mövsüm İspaniya La Liqasında 14 oyuna topladığı 7 xalla 19-cudur.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.