Qurban Qurbanovun ilk maaşı nə qədər olub? - Özü açıqladı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Həmişə sırf futboldan danışmışam. Amma bu gün filmdən söhbət edirik və ona görə də budəfəki müsahibəm fərqlidir. Filmdə keçdiyim yollar qısa olaraq göstərilir. Lakin mən filmi izləyərkən uzaqlara getdim".
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov haqqında çəkilən və dünən təqdimatı olan "Stadionlar səssiz olanda" filmi barədə danışarkən deyib.
Təcrübəli mütəxəssis qeyd edib ki, bu film onun məsuliyyətini daha da artırır:
"Bu gün müəyyən səviyyəyə gəlib çıxmışıqsa, çalışmalıyıq ki, bunu qoruyub-saxlayaq, daha da artıraq. Mənim üçün çox maraqlı oldu. Mən o günləri, hadisələri canlı yaşamışam. İndi də sanki 52 yaşımdan altı-yeddi yaşım olan vaxtlara qayıtdım və qısa zamanda da geri döndüm".
Q.Qurbanov "Stadionlar səssiz olanda" filminin təqdimatının qarşıdakı "Mölde" ilə matçda futbolçularına motivasiya olacağına inandığını bildirib:
"İnşallah, bu gün izlədikləri filmin futbolçulara faydası olar. Bu gün zalda filmdəki bəzi anları bizimlə birgə yaşayan oyunçular da var idi. Orada olmayan futbolçular isə gördülər ki, qazandığımız uğurlara böyük dəyər verilir. Bəlkə, onlar da istəyəcəklər ki, gələcəkdə "Qarabağ" yeni bir tarix yazsın və həmin olaylarda adları çəkilsin".
"Filmdə təsvir olunan köməkçiniz Asif Əsgərov idimi?" sualını Qurbanov belə cavablandırıb: "Bütün işlərimdə Asif Əsgərov yanımdadır. Yəqin ki, onu təsvir etməyə çalışıblar. Amma mən bu barədə heç kimə məlumat verməmişəm".
Sonda Q.Qurbanov filmin ona daha çox təsir edən hissələrindən də söz açıb:
"Maraqlı hissələr çox oldu. Amma iki hissə mənə daha çox təsir etdi ki, bunlardan birincisi qardaşım Musanın əsgərlikdən gələndən sonra mənim məşqlərimi, oyunlarımı izləməsi idi. Digəri isə 16, yaxud 17 yaşımda, indi dəqiq xatırlamıram, ilk dəfə maaş aldığım epizod idi. Yadımdadır, həmin vaxt 70 manat maaş aldım və stadiondan birbaşa Zaqatala bazarına yollandım, evə 40 manatlıq bazarlıq etdim. Gələrkən evdə təkcə anam var idi. İlk dəfə öz maaşımla evə bazarlıq etmişdim. Bu hissə mənə çox təsir etdi, anamı xatırladım. Bir anlıq o günlərə qayıtdım".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
-
Vokal məktəbindən dünya səhnələrinə - Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı yeni adlar kəşf edir - (Foto)
-
8 ay ərzində Azərbaycanın neft ixracı 10,6 faiz artıb
-
Prezident İlham Əliyev: Türk dünyasını, Qafqaz bölgəsini sülh şəraitində saxlamaq üçün böyük səylər göstərməliyik
-
Prezident İlham Əliyev: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
-
Prezident İlham Əliyev: İslam dünyasına qarşı elan olunmamış müharibə gedir
-
Prezident İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır
-
Xırdalanda qumbara partladı - 19 yaşlı qız öldü
-
Prezident İlham Əliyev: Azərbaycan gücləndikcə bizə qarşı Qərbdən çirkin media kampaniyası aparılır
-
Nigarın keçmiş nişanlısı həqiqətləri danışdı: Nişanı qaytaran anası imiş... - (Video)
-
Prezident: Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz
-
Prezident İlham Əliyev: Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib
-
Prezident İlham Əliyev: Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
-
Prezident İlham Əliyev: Biz mülki şəxslərə qarşı heç vaxt müharibə aparmamışıq, bu, xalqımızın mentalitetinə ziddir
-
Prezident İlham Əliyev: Xalqımıza qarşı törədilən vəhşilikləri heç vaxt unutmayacağıq
-
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - (Yenilənib/Video)
-
Prezident İlham Əliyev dini liderlərlə görüşdə Ermənistanın məscidlərə qarşı dağıdıcı münasibətindən danışıb
-
Prezident İlham Əliyev: Azərbaycan xalqı dünyada bir presedent yaratdı
-
Prezident İlham Əliyev: Dünyada və xüsusilə müsəlman aləmində baş verən bəzi hadisələr hamımızı narahat edir
-
Prezident İlham Əliyev: Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidir
-
Prezident İlham Əliyev: Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin
-
Prezident İlham Əliyev: Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib
-
Azərbaycan 8 ay ərzində Ermənistana 17,6 milyon dollar dəyərində məhsul ixrac edib
-
Anar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardı





