İdman

Qalatasaraylılara pis xəbər: Meneceri Madriddədir

26 Noyabr 2023 13:55
Baxış: 881
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qalatasaray"ın hücumçusu Mauro İkardinin "Real"ın maraq dairəsinə düşüb.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, argentinalı futbolçunun meneceri Elio Letterio Pino bu xəbəri təsdiqləyib.

O, hazırda Madriddə olduğunu bildirib: "Mən hazırda Madriddəyəm. Amma klubdan hər hansı rəsmi təklif almamışıq. "Real"la daimi əlaqədəyik". Yayılan xəbərlərə görə, "Real" İkardini zədəli Vinisius Junioru əvəzləmək üçün transfer etmək istəyir.

Qeyd edək ki, hazırki mövsümdə İkardi "Qalatasaray"ın heyətində 21 oyunda meydana çıxıb. O, bu qarşılaşmalarda 16 qol vurub, 5 ötürmə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.