Birminqemdə medal qazanan gimnastlarımız Vətənə qayıdıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Böyük Britaniyanın Birminqem şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə keçirilən dünya yaş qrupları yarışlarında medal qazanan gimnastlarımız Vətənə qayıdıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, idmançıları Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Gimnastika Federasiyasının, idman ictimaiyyətinin nümayəndələri, həmkarları, habelə qohumları, yaxınları və media nümayəndələri qarşılayıblar.
Xatırladaq ki, batut üzrə yığma komandasının üzvləri İbrahim Mustafazadə və Əmmar Baxşəliyev batut gimnastıkası üzrə sinxron proqramda gümüş medal qazanıblar. Sinxron proqramında Samirə Hüseynova və Ayan Şabanova da gümüş medal qazanıblar. Qeyd edək ki, bu nəticə Azərbaycan gimnastikası tarixində qadınlar arasında sinxron tullanma proqramında yaş qrupları arasında keçirilən dünya arışlarında ilk nailiyyətdir.
Akrobatik tullanma (tamblinq) üzrə Azərbaycan milli komandasının üzvü Aleksey Karataşov yaş qrupları arasında keçirilən dünya yarışlarında bürünc medala layiq görülüb.
Vətənə qayıdan idmançılar və akrobatika (tamblinq) üzrə Azərbaycan milli komandasının baş məşqçisi Adil Hüseynzadə yarışda iştirakla bağlı təəssüratlarını media nümayəndələri ilə bölüşüblər.
Adil Hüseynzadənin sözlərinə görə, tamblinq üzrə yeniyetmələr komandası çox perspektivlidir:
"Aleksey Karataşov bacardığından artığını edib. Rəqibləri çox güclü və bir az yaşlı idilər. İndi bizim əsas vəzifəmiz ondan ibarətdir ki, Aleksey Karataşov gələn ilin aprelində Qimaraynş şəhərində (Portuqaliya) keçiriləcək Avropa çempionatında yaxşı nəticə göstərsin".
Tamblinq üzrə yığmamızın baş məşqçisi noyabrın 9-12-də Birmin1emdə keçirilən batut gimnastikası və tamblinq üzrə 37-ci dünya çempionatında Azərbaycan gimnastlarının nəticələrinə də toxunub.
Xatırladaq ki, Azərbaycan gimnastikası tarixində ilk dəfə olaraq komanda üzvü Mixail Malkin tamblinq proqramı üzrə dünya çempionatında qızıl medal qazanıb. Həmçinin, M.Malkin və tamblinq üzrə Azərbaycan milli komandasının üzvləri - Tofiq Əliyev, Adil Hacızadə, Elnur Məmmədov milli gimnastika tarixində ilk dəfə komanda yarışında qızıl medal qazanıblar.
"Dünya çempionatında biz iki tarixi medal qazana bildik. Mütəxəssislər qızıl medal qazana biləcəyimizi proqnozlaşdırırdılar. Və uşaqlar ora qalib gəlmək üçün getdilər!", - deyə Adil Hüseynzadə əlavə edib.
Gimnastlar Samirə Hüseynova və Ayan Şabanova növbəti yarışlarda birinci yeri tutmağa çalışacaqlarını vurğulayıblar.
"Yaş qrupları arasında dünya yarışları yaxşı keçdi və biz hər şeydən həzz aldıq. Amma daha çox çalışmaq lazımdır. Böyük dəstəyə görə Azərbaycan Gimnastika Federasiyasına, məşqçimizə təşəkkür edirik", - deyə S.Hüseynova bildirib.
"İkinci yeri tutanda çox sevindik. Yaş qrupları arasında dünya yarışlarında hazırlıq yaxşı keçdi və biz də nəticədən çox razı qaldıq. Gələn il Avropa çempionatında iştirak edəcəyik, birinci yeri tutmaq üçün buna ciddi hazırlaşacağıq", - deyə Ayan Şabanova əlavə edib.
İbrahim Mustafazadə və Əmmar Baxşəliyev yarışların gözəl keçdiyini, onların yaddaşında çoxlu xoş anlar yaşadıqlarını qeyd ediblər.
"Yaş qrupları arasında dünya yarışlarında yaxşı nəticələr göstərdik. Məşqçilərimizə təşəkkür edirik, onların ümidlərini doğrultmağa çalışdıq. Ümid edirik ki, qarşıdan gələn Avropa çempionatında birinci yeri tutacağıq", - deyə idmançılar bildiriblər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Cokoviç Federerə şərik oldu
-
Zamiq Bodrumda oğlunu Fatih Terimlə görüşdürdü - (Foto)
-
Ronaldo matç öncəsi görüntüsü ilə müzakirə yaratdı: Təkcə su içirəm demişdi... - (Video)
-
DÇ-2026: Kanada Mərakeşə, Paraqvay Fransaya qarşı
-
Messi Maradona və Mbappeni geridə qoydu
-
DÇ-2026: Argentina və Kolumbiya 1/8 finalda
XƏBƏR LENTİ
-
Çin şirkəti "Louis Vuitton"a 1,5 milyon dollar təzminat ödəyəcək
-
Evdə bu 5 əşya varsa, kasıblıq qaçılmazdır
-
İsmayıllıda ağır qəza: 2 ölü var
-
Əməkdar artist: "2 dəfə səs tellərimdən əməliyyat olundum"
-
Küləklə bağlı xəbərdarlıq edildi
-
Ağdamda Ata və azyaşlı övladı öldü
-
Yasamalda evdə baş verən partlayışın anbaan (Videosu)
-
Zelenski Putinə bu şəhərdə görüşməyi təklif etdi
-
7-ci sinif şagirdi vəfat etdi
-
Tramp Tokio səmasında
-
Cokoviç Federerə şərik oldu
-
İndoneziyada oğruları görün günə saldılar
-
Avtomobilin təkəri qopdu, bloqer Nigarın “Range Rover”inə dəydi - (Video)
-
“Necə belə adama ərə getmişəm, nələr çəkirəm“
-
Manaf Ağayevin saxlanılması xəbəri yayıldı
-
Qumralın bu görüntüsü müzakirə yaratdı – (Video)
-
İstanbulun bir hissəsini su basdı - (Foto)
-
Masazırda "Ford" yandı
-
Sonaxanım 47 kq arıqlayıb belə oldu - (Video)
-
Sankt-Peterburqa dron hücumu oldu - (Foto)
-
"Kişinin xəyanətini tutmaq lazım deyil" - Psixoloqun fikirləri müzakirə yaratdı - (Video)
-
Markdan süni intellektlə bağlı gözlənilməz qərar
-
Röyanın bahalı geyimi diqqət çəkdi: Bu libasına 7000 azn verib - (Video)
-
Xamaneinin vida mərasimində diqqətçəkən görüntülər - (Video)





