İdman

AFFA De Byaziyə görə üzr istədi

20 Noyabr 2023 08:40
Baxış: 1 275

AFFA-nın baş katibi Sərxan Hacıyev Azərbaycan millisinin baş məşqçisi Canni De Byazinin idman jurnalistlərinə qarşı sərt ifadələr işlətməsi barədə danışıb. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, De Byazi Avro-2024-ün seçmə mərhələsində Belçika ilə matçdan sonra idman jurnalistlərini tənqidi suallara görə axmaq adlandırıb, mətbuat konfransını yarımçıq tərk edib. 

S.Hacıyev isə Canni De Byazinin bu hərəkətlərinə görə idman jurnalistlərindən üzr istəyib. 

Qeyd edək ki, bir neçə saat əvvəl Azərbaycan millisi Belçikaya 0:5 hesabı ilə uduzub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics