İdman

Məşhur futbolçunun qaçırılan atasından XƏBƏR VAR

9 Noyabr 2023 22:58
Baxış: 881
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Oktyabrın 29-da Kolumbiya hökuməti İngiltərənin "Liverpul" klubunda çıxış edən futbolçu Luis Diazın atası Luis Manuel Diaz və anası Cilenis Marulandanın yanacaqdoldurma məntəqəsində qiyamçı təşkilat Milli Azadlıq Ordusu tərəfindən qaçırıldığını açıqlayıb. Onların tapılması üçün təhlükəsizlik qüvvələri 130 polis və 110 əsgərlə genişmiqyaslı əməliyyata başlayıb. Axtarışlar nəticəsində Diazın anası Cilenis Marulanda Barrancas çölündə tapılıb. 

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu gün üsyançı Milli Azadlıq Ordusu kolumbiyalı hücumçunun atasını azad edib. 

Qeyd edək ki, Diazın 26 yaşı var. O, 2022-ci ildən "Liverpul"da oynayır. Bu mövsüm 12 oyun keçirən hücumçu 4 qol vurub və 1 məhsuldar ötürmə edib. Futbolçu Kolumbiya millisində 43 oyun keçirib, 9 qol vurub və 1 məhsuldar ötürmə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.