İdman

"Real"ın kapitanı "Fənərbağça"ya gəlir?

4 Noyabr 2023 14:56
Baxış: 995
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Fənərbağça" klubu müdafiə xəttini gücləndirmək istəyir. 

Milli.Az offsideplus.az-a istinadən bildirir ki, "sarı-lacivərlər" "Real Madrid"in müdafiəçisi Naço Fernandesi heyətinə cəlb etməyi düşünür. 33 yaşlı futbolçu karyerasını fərqli klubda davam etdirmək istəyir. Buna görə də Naço İstanbul təmsilçisinin təklifinə müsbət cavab verə bilər. Tərəflər arasında danışıqlar davam edir. 

"Fənərbağça" Fernandesi azad agent olaraq heyətinə cəlb etmək istəyir. Bu baş tutmasa, klub 3-4 milyon avro ödəməyə hazırdır. 

Qeyd edək ki, cari mövsümün sonu "Real"la sözləşməsinin müddəti bitəcək Naço "Kral klubu" ilə 27 kubok qazanıb. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.