İdman

“Qarabağ”ın oyununun yeri dəyişdirildi

31 Oktyabr 2023 19:15
Baxış: 837
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ"ın müraciəti, "Kəpəz"in razılıq məktubu ilə Azərbaycan Premyer Liqasının II dövrəsinin "Kəpəz" - "Qarabağ" və III dövrəsinin "Qarabağ" - "Kəpəz" oyunlarının yerləri dəyişdirilib.

Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Bildirilib ki, bu addım Ağdam təmsilçisinin UEFA Avropa Liqasının qrup mərhələsində Almaniya klubu "Bayer 04" ilə görüşə daha yaxşı hazırlaşa bilməsi məqsədilə atılıb.

Beləliklə, XII turun duelində "Qarabağ" "Kəpəz"i qəbul edəcək. Noyabrın 4-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 16:00-da başlayacaq.

Komandaların əvəzedici heyətləri arasında keçirilən görüşlərlə bağlı əvvəlcədən açıqlanmış cədvəldə heç bir dəyişiklik edilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.