İdman

Musleranın "Beşiktaş"la matçda etdiyi bu hərəkəti böyük səs-küyə səbəb oldu - FOTO

23 Oktyabr 2023 09:31
Baxış: 1 099
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin "Qalatasaray" klubunun uruqvaylı qolkiperi Fernando Musleranın "Beşiktaş"la matçda hərəkəti böyük səs-küyə səbəb olub. 

Milli.Az baku.ws-ə istinadən bildirir ki, meydanda hər zaman centlemenliyi ilə seçilən Muslera bu dəfə də eyni hərəkəti edib.

Belə ki, Muslera "Beşiktaş"a qarşı keçirilən matçda rəqib komandanın futbolçusu Valentin Rozyenin ağır zədə almasının qarşısını alıb. Muslera epizodların birində qapı dirəyi ilə toqquşmaqda olan Rozyenin ayağını əli ilə saxlayaraq onun zədələnməsinin qarşısını almış olub.

Matçın bu anının görüntüsü sosial şəbəkələrdə paylaşılaraq böyük müzakirələrə səbəb olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.