İdman

Dünyanın ən bahalı qapıçıları onlardır

21 Oktyabr 2023 17:15
Baxış: 823
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyanın ən bahalı qapıçılarının adı açıqlanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, reytinq "Transfermarkt" portalı tərəfindən tərtib edilib.

Belə ki, "Portu"nun qapıçısı Dioqo Kosta, PSJ-nin qapıçısı Canluici Donnaruma, həmçinin "Milan"ın və "Real"ın qapıçıları Mik Maynyan və Tibo Kurtua öz mövqeyində dünyanın ən bahalı futbolçuları seçilib.

Hər qapıçının qiyməti 45 milyon avro qiymətləndirilir. Onlardan ən gənci 24 yaşlı Kostadır. Ən yaşlısı 31 yaşlı Kurtuadır.

Ən bahalı qapıçıların ilk beşliyini "Mançester Siti" və Braziliya millisinin qapıçısı Ederson tamamlayır. Onun dəyəri 40 milyon avro qiymətləndirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.