İdman

“Qarabağ”ın "Bayer"lə oyunları nəhənglərin diqqət mərkəzində

16 Oktyabr 2023 20:19
Baxış: 1 073
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa nəhəngləri "Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsində Almaniya klubu "Bayer 04" ilə keçirəcəyi oyunları izləyəcəklər.

Milli.Az report-a istinadən xəbər verir ki, Almaniyanın "Bavariya" və İspaniyanın "Barselona" klubunun skautları Leverkuzen təmsilçisinin matçlarını diqqətdə saxlayırlar.

Adı çəkilən klublar "Bayer 04"ün yarımmüdafiəçisi Florian Virtzin çıxışını izləmək üçün nümayəndə ayırıblar. "Bavariya" və "Barselona" 20 yaşlı oyunçunun transferi üçün mövsümün sonunda qarşı tərəflə danışıq aparmağı planlaşdırırlar. Virtz bu mövsüm 10 oyunda 3 qol vurub, 4 məhsuldar ötürmə verib.

Qeyd edək ki, "Qarabağ"la "Bayer 04" arasında oyunlar oktyabrın 26-da Leverkuzendə, noyabrın 9-da isə Bakıda keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.