İdman

DİN-dən "Qarabağ"ın futbolçusunun saxlanılması barədə açıqlama - RƏSMİ - YENİLƏNDİ

8 Oktyabr 2023 23:12
Baxış: 2 483
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futbolçu Elvin Cəfərquliyevin "Neftçi" - "Qarabağ" oyunundan sonra saxlanılması xəbəri yanlışdır.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib.

O, qeyd edib ki, E.Cəfərquliyev qarşılaşmadan sonra çantasının oğurlanması barədə stadionda olan polis əməkdaşlarına məlumat verib. Futbolçunun çantasını oğurlayan stadiona azərkeş qismində gələn şəxs polislər tərəfindən müəyyən edilərək saxlanılıb və çanta sahibinə qaytarılıb. Bundan sonra E.Cəfərquliyev zərərçəkən şəxs kimi izahatının alınması üçün polis şöbəsinə dəvət edilib.

Araşdırmalar davam etdirilir.

--------

23:33

Premyer Liqanın 9-cu turunda "Neftçi" - "Qarabağ"la qarşılaşıb. Ağdamlılar əldə etdiyi 2:0 hesablı qələbənin ləzzətini tam yaşaya bilməyib.

Milli.Az sportinfo.az-a istinadən xəbər verir ki, oyundan sonra komandanın futbolçusu Elvin Cəfərquliyev polis şöbəsinə aparılıb.

Klub rəsmiləri bundan xəbər tutan kimi 24-cü polis bölməsinə yollanıb.

Elvinin hansı səbəbfən saxlanılması barədə məlumat verilmir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.