İdman

Türkiyə millisi ilk dəfə Avropa çempionu oldu - VİDEO

4 Sentyabr 2023 07:07
Baxış: 1 318
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin qadınlardan ibarət milli komandası voleybol üzrə Avropa çempionatının final oyununda Serbiya komandasını məğlub edərək ilk dəfə turnirin qalibi olub.

Milli.Az report-a istinadən xəbər verir ki, qarşılaşma Belçikanın paytaxtı Brüsseldə baş tutub.

Oyun 3-2 (25:27, 25:21, 22:25, 25:22, 15:13) hesabı ilə Türkiyə komandasının xeyrinə başa çatıb. Bürünc medalları üçüncü yer uğrunda görüşdə italyanları məğlub edən Niderland yığması qazanıb - 3:0 (25:23, 28:26, 25:20).

Serbiya və Türkiyə yığmaları Avropa çempionatının finalında ikinci dəfə üz-üzə gəlib. 2019-cu ildə serbiyalılar üstün olublar. Serbiya millisi üç dəfə Avropa çempionu olub.

Avropa çempionatı Belçika, Almaniya, İtaliya və Estoniyada keçirilib. Turnirdə 24 komanda iştirak edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.