İdman

Millimizin hücumçusu Türkiyə klublarından təklif alıb

26 Avqust 2023 18:44
Baxış: 1 168
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan millisinin və İsveçrənin "Qrasshopper" komandasının futbolçusu Renat Dadaşov karyerasını Türkiyədə davam etdirə bilər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Superliqada çıxış edən "Konyaspor", "Sivasspor" və "Qaziantep" klubları 24 yaşlı hücumçunun xidmətində maraqlıdırlar.

Hətta Sivas və Qaziantep təmsilçilərinin azərbaycanlı forvard üçün "Qrasshopper"ə təklif göndərdiyi iddia olunub.

Qeyd edək ki, Renat Dadaşov 2022-ci ilin yayından İsveçrə klubunun formasını geyinir. O, daha əvvəl Almaniyanın "Ayntraxt", "Leyptsiq", Portuqaliyanın "Eştoril", "Pasuş de Ferreyra", "Tondela" və İngiltərənin "Vulverhempton" klublarının şərəfini qoruyub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.