İdman

Musa Qurbanlının komandasından qələbə

18 İyul 2023 07:27
Baxış: 1 806
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Futbol üzrə İsveç çempionatında 16-cı turun oyunları keçirilir.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, Musa Qurbanlının şərəfini qoruduğu "Yurqorden" doğma meydanda "Malmö" ilə qarşılaşıb.

Qarşılaşma ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Musa Qurbanlı işçi vizasını ala bilmədiyi üçün adı bu görüşün iştirak ərizəsinə daxil edilməyib.

Xallarını 30-a yüksəldən "Yurqorden" 16 komanda arasında 4-cü pillədə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.