İdman

"Qəbələ" klubu ilk transferini gerçəkləşdirib

24 İyun 2023 08:21
Baxış: 1 004
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qəbələ" mövsümlərarası fasilədə ilk transferini gerçəkləşdirib.

Milli.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı-qaralar" Ahmed Ayzayanı heyətinə qatıb.

28 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb. Nigeriyalı oyunçu ötən mövsüm Azərbaycan Premyer Liqasında çıxış edən "Kəpəz"in formasını geyinib. "Zirə"də də çıxış etmiş yarımmüdafiəçi Premyer Liqada keçirdiyi 42 matçda 5 qol vurub.

Qeyd edək ki, Ahmed Ayzaya karyerası ərzində Portuqaliyalının "Ribeyrao", "Oliveyrense", "Vilaverdense", "Jil Visente", "Varzim" və "Sportinq Kovilya" klublarında da çıxış edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.