İspaniya futbol komandası UEFA Millətlər Liqasının yarımfinal oyununda İtaliya millisinə qalib gəlib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, Ensxed şəhərində (Niderland) baş tutan görüş 2:1 hesabı ilə başa çatıb
İspaniya yığmasının heyətində qolları Yeremi Pino (3-cü dəqiqə) və Xoselu (88) vurub. İtaliya yığmasının heyətində 11-ci dəqiqədə penaltini yerinə yetirərək Çiro İmmobile vurub.
Final matçında İspaniya Niderlandı 4-2 hesabı ilə məğlub edən Xorvatiya ilə qarşılaşacaq. Final və üçüncü yer uğrunda görüş iyunun 18-də baş tutacaq.
Milli.Az