İdman

Xorvatiya Millətlər Liqasının finalına çıxıb

15 İyun 2023 07:41
Baxış: 1 061
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA Millətlər Liqasının yarımfinalında Xorvatiya yığması Niderland yığmasına 4:2 hesabı ilə qalib gəlib.

Milli.Az Trend-ə istinadən bildirir ki, oyunu əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Əlavə vaxtda xorvatlar daha 2 qol vuraraq matçın qalibi olublar.

Beləliklə, Xorvatiya yığması Millətlər Liqasının finalına vəsiqə qazanıb.

UEFA Millətlər Liqası

"Dördlər finalı"
Yarımfinal
14 iyun

22:45. Niderland - Xorvatiya - 2:2 (ƏLAVƏ VAXTDA - 0:2)
Qollar: Doniell Malen, 34. Noa Lanq, 90+6 - Andre Kramariç, 55. Mario Paşaliç, 73. Bruno Petkoviç, 98. Luka Modriç, 116
Baş hakim: İştvan Kovaç (Rumıniya)
Rotterdam, "Feyenoord Stadionu"

Qeyd edək ki, digər yarımfinal oyunu iyunun 15-də İtaliya və İspaniya milliləri arasında keçiriləcək.

"Dördlər finalı"nda həlledici oyun iyunun 18-də keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.