İdman

UEFA Millətlər Liqasında "Dördlər finalı"na start verilir

14 İyun 2023 08:36
Baxış: 1 679
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün UEFA Millətlər Liqasında "Dördlər finalı"na start veriləcək.

Milli.Az xəbər verir ki, ilk yarımfinal oyununda ev sahibi olan Niderland millisi Xorvatiya yığmasını sınağa çəkəcək. Rotterdamdakı "Feyenoord Stadionu"nda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Qarşılaşmanı rumıniyalı referi İştvan Kovaç idarə edəcək.

Digər yarımfinal matçı iyunun 15-də İspaniya və İtaliya seçmələri arasında olacaq.

Qeyd edək ki, "Dördlər finalı"nda həlledici oyun iyunun 18-də keçiriləcək.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.