İdman

Kadi oyun zamanı ölümdən döndü - VİDEO

24 Aprel 2023 23:34
Baxış: 2 148
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

23:34

Bu gün Rusiya Premyer Liqasının 24-cü turunda "Spartak"la oyunda zədələnən "Krasnodar"ın futbolçusu Kadi Borgesin son durumuna aydınlıq gəlib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, matçın gedişatında xəstəxanaya aparılan braziliyalı yarımmüdafiəçinin üz sümüyünün qırıldığı ehtimal olunur.

Xatırladaq ki, oyun zamanı rəqib futbolçusu ilə toqquşan "Qarabağ"ın sabiq futbolçusu yerə yıxılaraq huşunu itirib. Dili qatlanan futbolçuya ilk yardımı rəqibin kapitanı Georgi Cikia edib.

Qeyd edək ki, Kadi bu mövsüm Rusiya Premyer Liqasında 7 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

----------

22:17

"Krasnodar"ın yarımmüdafiəçisi Kadi Borxes Rusiya Premyer Liqasının 24-cü turunun "Spartak"la oyununda ciddi zədələnib.

Milli.Az "report"a istinadən bildirir ki, ikinci hissənin əvvəlində o, hava mübarizəsində "Spartak"ın müdafiəçisi Georgi Cikiya ilə toqquşub.

Kadi başını rəqibin çiyninə vuraraq yerə yıxılıb.

Bir neçə saniyə huşunu itirən futbolçunun dilini udmaması üçün ona ilkin tibbi yardımı Cikiya özü göstərib.

Bundan sonra Borxes özünə gəlsə də, görüşü davam etdirə bilməyib. Onu meydandan elektromobillə aparıblar.

Qeyd edək ki, 27 yaşlı braziliyalı futbolçu 2021-2023-cü illərdə "Qarabağ"ın formasını geyinib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.