İdman

"Real" "Kamp Nou"da "Barselona"nı darmadağın edib FİNALA ÇIXDI - VİDEO

6 Aprel 2023 07:11
Baxış: 1 622
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniya kubokunda yarımfinal mərhələsinə yekun vurulub.

Milli.Az matc.az-a istinadən bildirir ki, bu gün sonuncu finalçının adına aydınlıq gəlib.

"Real" səfərdə "Barselona"nın qonağı olub. Bu komandalar arasında Madriddə keçirilmiş ilk oyun Kataloniya təmsilçisinin qələbəsiylə yekunlaşmışdı. Cavab görüşündə isə "Real" 4 cavabsız qolla qalib gələrək finala yüksəlib.

Daha öncə "Osasuna" Bilbao "Atletik"ini iki oyunun nəticəsinə əsasən üstələyərək finala çıxmışdı. Beləliklə, finalda "Real"la "Osasuna" üz-üzə gələcək.

İspaniya kuboku
Yarımfinalın cavab oyunları
4 aprel

Atletik - Osasuna 1:1
Qol: İ.Uilyams, 33 - P.İbanes, 116.
İlk oyun - 0:1.

5 aprel

Barselona - Real 0:4
Qol: J.Vinisius, 45+1. K.Benzema, 50; 58; 80.
İlk oyun - 1:0.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.