İdman

Messi və dostları dünya çempionluğunu gecə klubunda qeyd etdilər - VİDEO - FOTO

28 Mart 2023 19:24
Baxış: 991
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Argentina millisinin dünya çempionluğundan 3 ay vaxt keçməsinə baxmayaraq, "albiseleste" qazandığı titulu bu günlərdə qeyd edib.

Milli.Az xəbər verir ki, cənubi amerikalılar əvvəlcə Panama ilə oyunda azarkeşlərlə birlikdə bu uğuru qeyd ediblər. Ardınca isə komanda üçün parti təşkil edilib.

Mərasim gecə klublarından birində baş tutub. Tədbirə Lionel Messi başda olmaqla çempion olan bütün heyət qatılıb. Onların bir çoxu içki içib və səhərə qədər rəqs ediblər. Gecənin ən aktiv futbolçusu isə Xulian Alvares olub.

Futbolçular rejimlərini pozsalar da, azarkeşlərin tənqid hədəfinə çevrilməyiblər. Ancaq klubların bu partiyə reaksiyasının necə olacağı maraq doğurur.

Qeyd edək ki, Argentina millisi ötən il Qətərdə keçirilən mundialın finalında Fransanı penaltilər seriyasında məğlub edərək (3:3, pen-4:2) dünya çempionu olub. (publika)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.