İdman

Messidən Türkiyəyə 70 milyonluq yardım

13 Fevral 2023 16:43
Baxış: 2 246
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Argentina yığmasının futbolçusu Lionel Messi də Türkiyədə baş verən fəlakətlə bağlı paylaşım edib.

Milli.Az olay-a istinadən xəbər verir ki, o, 429 milyonluq instaqramında post paylaşaraq, kədərləndiyini dilə gətirib.

"Türkiyə və Suriyada baş verən dağıdıcı zəlzələdən zərərçəkən minlərlə uşaq və onların ailələri üçün çox kədərli günlərdir. Ürəyim onların yanındadır. Sizin köməyiniz çox dəyərlidir", - deyə, Messi bildirib.

Həmçinin, türk mediasında yer alan xəbərdə futbolçunun fəlakətdən əziyyət çəkənlər üçün 70 milyon lirə (təxmini 6 milyon 300 min manat) ianə bağışladığı qeyd edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.