İdman

Jurnalistlər arasında şahmat yarışının mükafatçıları bəlli oldu - FOTO

21 Dekabr 2022 21:18
Baxış: 720
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Vüqar Həşimov Memorialı-2022" superturniri çərçivəsində media nümayəndələri arasında keçirilən şahmat yarışının mükafatçıları müəyyənləşib.

Turnirin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Vüqar Həşimov Şahmat Akademiyasında təşkil olunan yarış İsveçrə sistemi üzrə 7 turdan ibarət olub. Hər iştirakçıya görüşün sonunadək 10 dəqiqə və birinci gedişdən başlayaraq hər gediş üçün əlavə 3 saniyə vaxt verilib.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışda 6,5 xal toplayan "sport24.az" saytının baş redaktoru Ceyhun Əliyev birinci olub. AZƏRTAC-ın əməkdaşı Ramiz Quliyev 6 xalla yarışı ikinci, Milli.Az saytının redaktoru Zaur Həsənəliyev isə 5,5 xalla üçüncü pillədə başa vurublar.

İlk üç pilləni tutan media nümayəndələrinə, müvafiq olaraq 500, 400, 300 manat pul mükafatı, bütün iştirakçılara isə xatirə hədiyyələri təqdim olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.