İdman

“Tarix yazmaq üçün əla fürsətdir”

6 Dekabr 2022 08:26
Baxış: 943
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsveçrə milli komandası DÇ-2022-nin 1/8 final mərhələsində Portuqaliya ilə qarşılaşacaq.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, qarşılaşmadan öncə keçirilən mətbuat konfransında yığmanın baş məşqçisi Murat Yakın açıqlama verib. Türk əsilli mütəxəssis tarix yazmaq istədiklərini bildirib:

"Statistika və keçmiş önəmli deyil. Portuqaliyanı məğlub edə biləcəyimizi sübut etmişik. Hamımız hazırıq. Zədəli futbolçularımız sağalıb. Matçı səbrsizliklə gözləyirik. Çünki, tarix yazmaq üçün əla fürsətdir. İsveçrənin gücünü 1/8 finala yüksələrək göstərdik. Sözün düzü, azarkeşlərimizə daha bir matç izlətmək istəyirik. Penaltilər seriyasına hazırlaşmışıq, amma yalnız buna köklənməmişik. Lazım olsa, bütün komanda buna hazır olacaq".

Qeyd edək ki, Portuqaliya - İsveçrə qarşılaşması bu gün Bakı vaxtilə saat 23:00-da baş tutacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.