İdman

Ramil Şeydayev ikinciliyə şərik oldu

20 Noyabr 2022 19:48
Baxış: 835
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ramil Şeydayev Azərbaycan millisi tarixinin bombardirləri sıralamasında bir addım da irəliləyib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, hücumçu Şimali Makedoniya ilə yoldaşlıq görüşündə (3:1) fərqlənərək buna nail olub.

Skopyedəki qarşılaşmanın 89-cu dəqiqəsində son nöqtəni qoyan "Qarabağ"ın forvardı yığmadakı qol sayını 9-a çatdırıb. Bununla Dmitri Nazarovu geridə qoyan 26 yaşlı futbolçu milli tarixinin ikinci bombardirliyinə şərik olan Vaqif Cavadov və hazırkı kapitan Emin Mahmudova çatıb. İndi Ramil yalnız baş məşqçisi Qurban Qurbanovdan geri qalır. Hazırda "Qarabağ"ı çalışdıran Qurbanov əsas komandada 14 qola imza atıb.

Qeyd edək ki, Emin Mahmudov 2016-cı ildən çağırıldığı Azərbaycan millisində 52 oyun keçirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.