İdman

Alveş "Barselona"nın ikinci komandası ilə məşq edir

29 Oktyabr 2022 08:08
Baxış: 706
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Meksikanın "UNAM Pumas" klubunun müdafiəçisi Dani Alveş "Barselona"nın ikinci komandası sayılan "Barselona "Atletik"də məşq edir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin saytı məlumat  yayıb.

39 yaşlı Alveş Meksika Liqasındakı mövsümü oktyabrın 1-də başa vurub. Ona görə də noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək dünya çempionatı öncəsi oyunçu özünü formada saxlamaq üçün bu addımı atıb.

Alveş dünyanın ən titullu futbolçusudur. "Sevilya", PSJ, "Yuventus" və "Barselona"nın keçmiş oyunçusunun kuboklar kolleksiyasında 30-dan çox mükafat var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.